Modern.az

YAP-ın siyahısı sentyabrın 15-dən sonra açıqlanacaq

YAP-ın siyahısı sentyabrın 15-dən sonra açıqlanacaq

8 Sentyabr 2010, 17:40

Azərbaycanda növbəti seçki marafonuna rəsmən start verilib. Seçki proseslərini izləyənlər üçün siyasi partiyaların namizədlər siyahısı böyük maraq kəsb edir: namizədlər kimlərdir, onların  namizədliyi hansı dairələrədən irəli sürüləcək? Artıq əksər partiyaların mümkün namizədləri və onların seçki dairələri demək olar ki,  bəllidir. Yalnız hakim Yeni Azərbaycan Partiyası (YAP) deputatlığa namizədlərinin siyahısını açıqlamaqda tələsmir.

 

İndi ölkənin bütün siyası düşərgəsinin, ümumlikdə ictimaiyyətin diqqəti hakim partiyaya yönəlib: namizədlər siyahısı nə zaman açıqlanacaq?

Birinci ona görə ki, bu partiyanın namizədlərinin böyük bir hissəsinin seçkidə qalib olacağı proqnozlaşdırılır. Digər tərəfdən isə digər siyası yönümlü namizədlər YAP-dan alternativlərinin kim olacağını bilmək istəyirlər. 

Marqlıdır ki, ötən gün mətbuata açıqlamasında Yeni Azəraycan Partiyasının icra katibinin müavini, millət vəlkili Mübariz Qurbanlı bildirib ki, siyahının cəmiyyətə təqdim edilməsinin gecikməsi partiyanın taktikasıdır.

 

Modern.az YAP-ın namizədlər siyahısının nə zaman açıqlanacağı ilə bağlı məlumat əldə edib. YAP üzvü olan ayrı-ayrı deputatlara, partiya funksionerlərinə ünvanladığımız suallara verilən cavablardan sonra belə məlum olub ki, iqtidar partiyasının siyahısı bu ayın 15-dən sonra açıqlanacaq. 

 

Deməli, həm hakim partiyadan namizəd olmaq istəyən şəxslər,  həm digər partiyalardan və müstəqil olaraq seçkidə namizəd olmaq istəyənlər bir həftə də intizarda qalacaqlar.

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir