Modern.az

Azərbaycanın ən böyük kəndində 13,9 min, ən kiçik kəndində 2 nəfər yaşayır

Azərbaycanın ən böyük kəndində 13,9 min, ən kiçik kəndində 2 nəfər yaşayır

Ölkə

8 Sentyabr 2010, 13:15

Azərbaycan Respublikasının əhalisinin sayı 9 milyon nəfəri ötüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ölkə əhalisinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır.

Rəsmi statistikada əhalinin yaşayış yerinə görə təsnifatı onun pasport qeydiyyatına görə təyin edilib. Amma bu gün əhalinin bir hissəsi daimi pasport qeydiyytında olduğu yerdə deyil, Bakı və Sumqayıt kimi iri şəhərlərdə yaşayır. Bu səbəbdən də hazırda şəhərlərdə yaşayanların sayının rəsmi statistikada göstəriləndən xeyli çox olduğunu söyləyə bilərik. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da urbanizasiya, yəni kənd əhalisinin şəhərə axını prosesi baş verib. Düzdür, son illər bu proses xeyli səngiyib, amma kəndlərdən axın hələ də davam etməkdədir və nəticədə müstəqillikdən sonra Azərbaycanın bəzi kəndlərində əhalinin sayı çox seyrəkləşib.

  Araşdırmalar göstərir ki, kəndlərin boşalmasının ən əsas səbəbi əhalinin məşğulluq problemilə bağlıdır. Ötən əsrin 90-cı illlərinin ortalarından sonar iqtisadiyyatın digər bölmələri kimi, aqrar sahədə də tənəzzülün baş verməsi, təsərrüfatların dağılması kəndlinin əlinin işdən-gücdən soymasına səbəb oldu. Kənd və rayonlarda istehsal müəssisələrinin bağlanması, torpağın əkib-becərilməsinin çətinləşməsi ucqar bölgələrin sakinlərinin ümidini şəhərlərə, əsasən də Bakıya bağladı. 15-20 il öncə iş yerlərinin regionlarda deyil, daha çox Bakı şəhərində cəmləşməsi kənd əhalisini məşğulluq probleminin həlini şəhərdə axtarmağa məcbur etdi. Modern.az saytı hazırda Azərbaycanda əhalisinin sayına görə ən böyük və ən kiçik kəndlərin hansılar olduğunu araşdırmağa çalışıb. Dövlət Statistika Komitəsindən saytımıza verilən məlumata görə, hazırda Azərbaycanda əhalisi ən çox olan kənd Naxçıvan bölgəsində yerləşir. Bu, Naxçıvan MR Babək rayonunun Nehrəm kəndidir. İndi bu kənddə 13,9 min nəfər yaşayır. Dövlət Statistika Komitəsindən əhalisi ən az olan kəndin də adını açıqlayıblar. Məlum olub ki, Şamaxı rayonunun Acıdərə və İsmayıllı rayonunun Prəqan kəndlərinin hər birində cəmi 2 nəfər yaşayır. Komitədən onu da deyiblər ki, Azərbaycanın bəzi rayonlarında müxtəlif səbəblərdən tamamilə boşalan və hazırda heç kimin yaşamadığı bir neçə kənd də var. Adəm Qorxmaz

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır