Modern.az

TÜRKPA baş katibi Belarus səfiri ilə görüşüb

TÜRKPA baş katibi Belarus səfiri ilə görüşüb

8 Sentyabr 2010, 17:00
 Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənov TÜRKPA Katibliyinin Ofisində Belarus Respublikasının ölkəmizdəki fövqəladə və  səlahiyyətli səfiri Nikolay Patskeviç  ilə görüşüb.

R.Həsənov səfirə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin 21 noyabr 2008-ci il tarixində “İstanbul Sazişi”ni imzalaması ilə təsis olunmuş TÜRKPA-nın fəaliyyəti və əsas məqsədləri haqqında geniş məlumat verib. TÜRKPA Beynəlxalq Katibliyinın Azərbaycan Respublikasındakı 57-ci diplomatik missiya  olaraq fəaliyyətə başladığı və türkdilli ölkələrin siyasi, sosial-iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrinin inkişaf etdirilməsinə  xidmət etdiyi vurğulanıb.
TÜRKPA-nın hər hansı bir üçüncü ölkə və ya beynəlxalq təşkilata qarşı yaranmaması və fəaliyyət göstərməməsi qonağın nəzərinə çatdırılıb.
Belarus Respublikasının Azərbaycandakı səfirliyi və TÜRKPA Beynəlxalq Katibliyi ilə  əlaqələrin inkişaf   edəcəyini bildirən səfir Nikolay Patskeviç  Assambleyanın Beynəlxalq  Katibliyinə gələcək işlərində uğurlar  diləyib və qurumun bir çox tədbirlərində məmnuniyyətlə iştirak edəcəyini qeyd edib.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir