Modern.az

Separatçı respublikanın başçısı Türkiyəyə gedir

Separatçı respublikanın başçısı Türkiyəyə gedir

Dünya

9 Sentyabr 2010, 18:07

Tanınmamış Abxaziya respublikasının prezidenti Sergey Baqapş Türkiyəyə səfərə hazırlaşır. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Baqapşın özü keçirdiyi mətbuat konfransında açıqlama verib. O deyib ki, səfər çərçivəsində Türkiyədəki abxaz diasporası ilə görüşəcək.   

“Başa düşmək lazımdır ki,  böyük siyasətin öz çətinlikləri var. Bəzi məsələləri Türkiyə tərəfi həll etməyə hazırdır. Biz Türkiyə Respublikası ilə yaxşı münasibətləri dəstəkləməyə çalışırıq. Bu vaxta qədər mən Türkiyəyə getməmişəm, mən çoxsaylı həmvətənlərimizin yaşadığı ölkəni qəbul etmək olmaz və qəbul etməmək olmaz vəziyyətində qoymaq istəmirəm. Bu, düzgün deyil ki, Abxaziya prezidenti son 5 ildə çoxsaylı abxaz diasporasının yaşadığı Türkiyədə bir dəfə də olmayıb. Bu səfər baş tutacaq”.

Rəsmi Tiflis hələlik Baqapşın bəyanatını şərh etməyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar