Modern.az

Ərdoğan müxalifəti “qara piar”da ittiham edir

Ərdoğan müxalifəti “qara piar”da ittiham edir

Dünya

9 Sentyabr 2010, 23:41

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan müxalifət partiyalarını ona qarşı “qara piar” aparmaqda ittiham edir. Modern.az xəbər verir ki, Ərdoğan bu barədə BBC-yə verdiyi  eksklüziv müsahibəsində bildirib. Baş nazir Ana Yasanın dəyişdirilməsi üzrə referendum ərəfəsində siyasi opponentlərinin apardığ təbliğat taktikasını tənqid edib.  Müxalifətə görə, Əsas Qanuna dəyişikliklər Ərdoğan hakimiyyətinə yüksək vəzifəli hakimlərin  təyin edilməsi prosesinə nəzarəti öz əlidə saxlamağa  xidmət edir.

Ərdoğan isə qeyd edib ki, müxalifət onun referendumla bağlı məqsədlərini xalqa qərəzli şəkildə çatdırmaqdadır.  Müxalifətin səylərini qeyri-məqbul adlandıran Ərdoğanın sözlərinə görə,  referendumda təklif olunan islahatlar hakim AK partiyasının maraqlarına deyil, Türkiyənin Avropa İttifaqına qəbulunu asanlaşdırmağa xidmət edir.

"Bu islahatların mənim şəxsi layihəm və yaxud partiyamın layihəsi olması barədə qara təbliğat aparılır. Bu iddialar əsassızdır" – deyə Ərdoğan bildirib.

O əlavə edib ki, Türkiyə regionda real demokratik ölkədir və buna görə də, hər zaman daha yaxşısını etmək istəyir. "Bu islahatlarla biz ölkəmizə daha proqressiv demokratiya gətirə bilərik".

Qeyd edək ki, hazırkı Konstitusiya 1982-ci ildə hərbi hökumət dövründə qəbul olunub.

Ölkədə aparılmış rəy sorğuları referendumun nəticələrinin necə olacağı barədə konrkret təsəvvür vermir. Təhlilçilərə görə, referendumun uğursuz olması  Ərdoğan üçün zərbə olacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir