Modern.az

Həmsədrlər növbəti bəyanatla çıxış ediblər

Həmsədrlər növbəti bəyanatla çıxış ediblər

Ölkə

10 Sentyabr 2010, 21:45

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və Bernar Fasye (Fransa) regiona son səfərləri ilə bağlı bəyanatla çıxış ediblər. Modern.az ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, vasitəçilərin birgə bəyanatında deyilir ki, Minsk qrupunun həmsədrləri sentyabrın 6-dan 9-a kimi Bakı, İrəvan və Dağlıq Qarabağa səfər ediblər.

Sentyabrın 8-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjek Kaspşik və bütün tərəflərin hərbi nümayəndələri, həmçinin vasitəçilər bütün tərəflərə 1994-cü ildə imzalanan atəşkəs rejiminin ciddi şəkildə hörmət edilməli olmasını nümayiş etdirmək və təmas xəttinin qonşu xalqlar arasında daimi olaraq sədd olmadığını vurğulamaq üçün təmas xəttindən piyada Xankəndində keçiblər. Bu, vasitəçilərin 2001-ci ilin noyabrından bu vaxta qədər təmas xəttini keçdikləri ilk haldır.

Həmsədrlər sentyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev, sentyabrın 9-da Ermənistan prezidenti Serj Sarkisyan, sentyabrın 8-də isə Dağlıq Qarabağdakı separatçı rejmin lideri ilə görüşüblər. Vasitəçilər keçirdikəri görüşlərdə sentyabrın 6-da açıqladıqları qarşıdakı ayların iş planını təqdim ediblər. Onlar planlarını həyata keçirə bilmək və ATƏT-in dekabrda keçiriləcək sammitinə qədər olan aylarda irəliləyiş əldə etmək üçün bütün tərəflərin daha konstruktiv yanaşmasına ehtiyac olacağını vurğulayıblar.

Həmsədrlər sentyabrın sonu - oktyabrın ortalarında daha əvvəl razılaşdırılmış qiymətləndirmə missiyasının Dağlıq Qarabağ ətrafı ərazilərə səfəri ilə bağlı bütün tərəflərlə müzakirələr aparıblar. Onlar missiyanın elementlərini təqdim ediblər və missiya üçün hazırlıqlarını yaxın gələcəkdə yekunlaşdıracaqlar.

Həmsədrlər bir daha qəti şəkildə bütün tərəflərdən atəşkəsə hörmətlə yanaşmağı və təmas xəttində, eləcə də bəyanatlarında təmkinli olmasını xahiş ediblər. Vasitəçilər onları təmas xəttində bir-birinin sahələrinə keçməməyə çağırıblar. Bütün tərəflərin 1994-cü il atəşkəsinə sadiq qaldığını təsdiq etdiyi vaxtda həmsədrlər bir daha bu öhdəliyin əməldə də yerinə yetirilməsinin vacib olduğunu bir daha qeyd ediblər.

Qurumun həmsədrləri Azərbaycanın BMT-nin Baş Assambleyasında Dağlıq Qarabağ münaqişəsinə dair qərar layihəsinin müzakirəsini təxirə salmaqla bağlı qərarını təxirə salmasını alqışlayır. Eyni zamanda onlar təkrar olaraq qeyd ediblər ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini yeganə doğru yol olduğu fikrində qalırlar.

Qiymətləndirmə missiyasını yerinə yetirmək üçün regiona qayıtmazdan öncə həmsədrlər əvvəl qeyd etdikləri kimi tərəflərlə BMT Baş Assambleyası çərçivəsində işləmək məqsədilə Vaşinqton və sonra Nyu-Yorka səfər edəcəklər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi