Modern.az

Rus estrada ulduzları xaricə qaçırlar

Rus estrada ulduzları xaricə qaçırlar

11 Sentyabr 2010, 11:44

Rusiyanın tanınmış estrada müğənniləri vətəni tərk edərək Avropada yaşamağa qərara alıblar. Tanınmış ulduzlar Rusiyada həyatın qəlizləşdiyini deyərək rahat həyat üçün Avropaya üz tuturlar. Bu ulduzlardan olan əfsanəvi estrada müğənnisi Valeriy Leontyev böyük səhnəni tərk etməyə qərar verib. Modern.az rus informasiya resurslarına istinadən xəbər verir ki, Leontyev öz müsiqi karyerasını bu ilin sonunda son verəcək.  Müğənni bildirib ki,  nə qədər lazımsız adama çevrilməyib səhnəni tez və başıuca tərk etmək lazımdır.

Sonuncu konsertindən sonra Leontyev Rusiyanı tərk edərək ABŞ-a köçəcək. O artıq özünün Moskvadakı mülklərini satlşa çıxarıb. Bu pullara muğənni Mayamidə villa almağı planlaşdırır.  Leontyevin həyat yoldaşı Lyudmila artıq uzun müddətdir Mayamidə yaşayır. Müğənnin Moskvada Kolokolnikov döngəsində 200 kv.metrlik dəbdəbəli mülkü var. Ekspertlər bu mülkü 7,6 milyon dollara qiymətləndiriblər.

Daha bir məşhur rus estrada müğənnisi Rusiyanı tərk etmək qərarını verib. 80-90-cı illərin ulduz müğənnisi İrina Ponarovskya  səhnə fəaliyyətini dayandırıb və  daimi yaşamaq üçün Norveçə köçüb.  Ponarovskya Norveçə nigahda olduğu qaradərili musiqçi Beyland Poddan olan oğlu Entoni və gəlini ilə gedib.  Muğənni Norveşdə yaşamaq üçün böyük ev, rəssam olan oğlu üçün şəkil qalareyası, öz əl işlərini nümayişi üçün zərgərlik salonu  alıb. Onun Rusiyanı tərk etmək səbəbi oğlu ilə bağlı olub. Qaradərili Entoni dəfələrə skinhedlərin hücumuna məruz qalıb və sonuncu dəfə həkimlər onu ölümdən qaytarıblar. Hazırda Ponarovskaya Moskvada olan mülklərini satışa çıxarıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?