Modern.az

Lənkəranda fəlakət: kəndləri və hərbi hissəni sel suları basıb (yenilənib)

Lənkəranda fəlakət: kəndləri və hərbi hissəni sel suları basıb (yenilənib)

11 Sentyabr 2010, 12:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 9-10-da ölkənin bəzi ərazilərində yağmurlu hava şəraiti hökm sürüb.

Cənub bölgəsində dünəndən başlanan güclü yağış Lənkəran çayının daşması ilə nəticələnib. Modern.az-ın məlumatına görə, dünən axşam saat 19.00-dan başlayan yağışlar nətisəsində Lənkəran çayında yaranan güclü sel təbii fəlakətlə nəticələnib. Sel Lənkəran rayonunun Sütəmurdov kəndinin bir hissəsinin evlərini su altında qoyub.

Artmaqda davam edən sel nəticəsində “Xəzər-Lənkəran” stadionun ətrafı və “Gül bağı” deyilən ərazi  tamamilə su altında qalıb. Hazırda Lənkəran şəhəri ilə kəndi ayıran körpüdə təhlükəli vəziyyət yaranıb. Suyun səviyyəsi durmadan artır. Fəlakət yerində Fövqaladə Hallar Nazirliyinin şəxsi heyəti işləyir. Aramsız yağan yağış küçələrdə qalan əhalini yerləşdirməkdə çətinliklər yaradıb.

***

Lənkəranda sellə əlaqadar Sütəmurdov kəndinin sakinləri evlərindən köçürülüb. Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti katerlərlə suyun üzündə qalmış insanları xilas edərək təhlükəsiz yerə çıxarıblar. Bəşərü çayı boyunca olan kəndləri də su baslb. Lənkəranın Rvo və Əşlə kəndin əhalisi köçürlüb. Hal hazırda xilasetmə işləri davam edir. Sel suları Sütəmurdov körpüsünün yanında yerləşən hərbi hissəyə çatıb. Bütün şəxsi heyət kazarmalardan köçürülüb. Suyun səviyyəsi artmaqda davam edir. Artıq “Xəzər—Lənkəran” stadionunun bir hissəini su basıb. Seldən xilas olmuş insanlar müvəqqəti olaraq məktəb və baçalara yerləşdirilib. Lənkəran şəhərində  elektrik enerjisi kəsilib.

Qeyd edək ki, cənub bölgəsində dünəndən başlanan güclü yağış Lənkəran çayının daşması ilə nəticələnib. Dünən axşam saat 19.00-dan etibarən yağıçlar nətisəsində Lənkəran çayında yaranan güclü sel təbii fəlakətlə nəticələnib. Sel Lənkəran rayonunun Sütəmurdov kəndinin bir hissəsinin evlərini su altında qoyub. Fəlakət yerində Fövqaladə Hallar Nazirliyinin şəxsi heyəti işləyir. Aramsız yağan yağış küçələrdə qalan əhalini yerləşdirməkdə çətinliklər yaradıb.   


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?