Modern.az

Böyük Qafqaz müharibəsi başlayıb

Böyük Qafqaz müharibəsi başlayıb

11 Sentyabr 2010, 18:55

Şimali Qafqaz böyük müharibə səhnəsini xatırladır. Son günlər Şimali Qafqazın federal respublikalarında bir-birinin ardınca terror aktları baş  verməkdədir.  Kreml üçün narahatverici məqam onunla bağlıdır ki, terror aktları ayrılıqda götürülmüş bir respublika ərazisində deyil, Şimali Qafqazın bütün respublikalarını əhatə etməkdədir. Terror hücumlarının   başvermə areallının dəyişməsi onu göstərir ki,  Rusiyanın cənubunda vəziyyət olduqca krtikdir və hadislərin bu cür inkişafı Moskva üçün ciddi baş ağrısı verəcək. Baş nazir Vladimir Putinin “moçit terroristov sortir” siyasəti Kremldə başlamış olan hakimiyyət çəkişməsi fonunda bir nəticə vermir.

Rusiyanın cənubunda hadisələrin xronologiyası isə xeyli təhlükəlidir. Bu gecə Kabardin-Balkar Respubliksında  milis əməkdaşlarına məxsus “Ural” maşını partladılıb. Elbrus rayonunda isə avtomobilə quraşdırılan partlayıcının işə düşməsi 5 nəfərin xəsarət alması ilə nəticələnib. “İnterfaks”ın məlumatına görə, onların hamısı OMON-çulardır. Partlayış eyni zamanda yaxınılıqdan keçən qaz kəmərini də sıradan çıxarıb və nəticədə bir neçə yaşayış məntəqəsi qazsız qalıb. İnquşetiyada da naməlum şəxslər milis əməkdaşlarına hücum edib. Nazranda baş verən hadisə zamanı isə milis əməkdaşı aldığı güllə yarasından həlak olub.

Dağıstanda isə silahlı qruplaşma üzvləri ilə atışmada hər iki tərəf üç nəfər itirib. Rusiya KİV-in  yaydığı məlumata görə, onlar “serqolanski” diversiya qrupunun üzvləridir. Öldürülənlərin hamısının Dağıstan vətəndaşları olduqları bildirilir.

Hüquq-mühafizə orqanları əməkdaşlarına daha bir hücum faktı da Mahaçqala şəhəri yaxınlığında yerləşən Tarki yaşayış məntəqəsində qeydə alınıb. Öz qohumunun evindən çıxan milis işçisi küçədəcə qətlə yetirilib. Dərbənd şəhərində keçirilən xüsusi əməliyyatda isə 1 nəfər silahlı şəxs öldürülüb.

Vladiqafqazda baş vermiş, 18 nəfərin və yaşyarmlıq uşağın həlak olması ilə nəticələnmiş  terror aktı isə Beslan faciəsinin dəşhətlərini xatırladır. Bu hadisə eyni zamanda Kremlin terrorizmlə mübarizə metodlarının qeyri-səmərəliliyini göstərməkdədir. Terroçular bir daha gösrtəriblər ki,  onlar mübarizəni davam etdiriməyə və öz aksiyalarını bütün  Rusiya ərazisində davam etdirməkdə dəstəyə malikdirlər.  Moskva və onun Şimali Qafqaz müttəfiqləri ölkənin cənub regionlarına nəzərəti ələ ala bilmirlər. Prezident Dmitri Medvedev bütün terroçuların yaxalancağını və yaxud onların məhv olunacağına söz verib. İnquş prezidenti Yunisbəy Yevxurov Şimali Osetiya prezidenti Teymuraz Mamsurova teleqam göndərərək “terrorçular Şimali Qafqazda sabitliyi poza bilməyəcək”mesajını verib.

Qərb mətbuatı yazır ki,  müsəlman-inquşlar və osetin-xristianlar arasında son 20 il əvvəl baş vermiş ərazi mübahisəsindən qaynaqlanan etnik qarşıdurma  son terror aktında öz rolunu oynaya bilərdi. Hakimiyyət orqanları təsdiq edir ki, partlayıcı yerləşdirilmiş “Volqa” maşını Şimali Osetiyaya məhz İnquşetiyadan gəlib.

Ekspertlər hesab edir ki, Vladiqafqazdakı hadisə bir sıra səhra komandirlərinin respublikanın hüquq mühafizə orqanları tərəfindən məhv edilməsi nəticəsində baş verə bilərdi. Radikal yaraqlılar üçün Şimali Qafqaz Kremlin sadiq mütəffiqi və forpostu hesab olunur.  Avqust ayında Doxu Umarov istefa verib, onun varisi isə Aslanbek Vadalov olub. Lakin indi Umarov Vadalovu kənarlaşdırıb və yenidən özü elan etdiyi Əmirliyin başçısı olub. Ekspertlərə görə,  çeçen lideri Ramzan Kadırovun doğva  kəndinə avqust ayında baş vermiş silahlı hücumu da Vadalov tərəfdarları həyata keçirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü