Modern.az

Cinayət axtarış idarəsinin rəisinin oğlu “boyevik” çıxıb

Cinayət axtarış idarəsinin rəisinin oğlu “boyevik” çıxıb

11 Sentyabr 2010, 21:07

Cümə günündən Rusiya Federasiyasının Dərbənd şəhərində silahlı mücahidlərin məhv edilməsi üçün başlanan əməliyyat başa çatıb. Modern.az  RBK agentliyinə istinadən bildirir ki, xüsusi əməliyyat zamanı öldürülən qeyri-qanuni silahlı dəstənin üzvünün şəxsiyyəti müəyyən edilib. Dərbənd şəhər milis idarəsindən blidiriblər ki, öldürülən 26 yaşlı Arsen Əhmədov Dərbənd şəhər cinayət axtarış idarəsinin rəisi Nəsir Əhmədovun oğlu olub.

Oqafiev küşəsindəki evdə silahlı adamların olduğu xəbərindən sonra ev mühasirəyə alınıb. Təslim olmaq barədə çağırışa “boyevik”lər avtomat atəşi ilə cavab veriblər. Əhalinin sıx yaşadığı küçədə əməliyyatçılar hücüm etməkdə xeyli tərəddüd ediblər. Axşama yaxın hücüm barədə qərar qəbul edilib və əhali evlərdən köçürülüb.  Əməliyyat nəticəsində bir silahlı öldürülüb, ikisi isə qaça bilib. Öldürülən şəxsin üstündən Kalaşnikov avtomatı, tapança, kamfuluaj və sursat tapılıb.

           

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?