Modern.az

Bakıda bal sərgisi

Bakıda bal sərgisi

Ölkə

11 Sentyabr 2010, 22:16

Yaxın vaxtlarda bal satış sərgisi paytaxt sakinlərinə müxtəlif regionlardan gətirilən məhsullarla tanış olmaq imkanı verəcək.

AzərTAc xəbər verir ki, sentyabrın 20-də keçiriləcək bal yarmarkasında 42 rayondan 800-dən çox arıçı öz məhsullarını satışa çıxaracaq. Yarmarkaya çıxarılacaq balın 1 kiloqramı isə 15 manatdan yuxarı olmayacaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi bəyan edib. Balların keyfiyyətinə laborator şəraitdə nəzarət ediləcək.

Qeyd edək ki, ötən il ölkədə 1600 ton bal yığıldığı halda, bu il bu rəqəm 1000 tona düşüb. Kənd Təsərrüfatı Nazirliyində buna səbəb kimi havaların yağışlı keçməsi, bəzi dağ rayonlarında isə şaxtaların arıları məhv etməsi göstərilir. Lakin bal istehsalının artırılması üçün tədbirlərə başlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır