Gürcüstan növbəti dəfə Ermənistanı normal İnternedən məhrum edib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistanın internet istifadəçiləri şəbəkə imkanlarından kənarda qalıbar. Bəziləri üçün məlumatların ötürülməsi sürəti kəskin surətdə azalıb. İnsident Gürcüstan ərazisində Ermənistanı xarici aləmlə birləşdirən optik-lif kabellərində baş vermiş zədələnmə ilə izah olunur.
Gürcüstan tərəfi sürətin azalması səbəbini izah etmir, erməni provayderlər isə qeyd edirlər ki, kabel özü zədələnməyib. Erməni provayderlər bildirirlər ki, Gürcüstan ərazisində pozulma aradan qalxana qədər erməni istifadəçilərə İnternet xidmətin səviyyəsi kifayət qədər olmayacaq. Qeyd olunur ki, “gürcü kabeli”nə görə Ermənistan dəfələrlədir ki, İntenetə çıxışda çətinlik çəkir.