Modern.az

Etibar Məmmədovun adı AMİP-in siyahısına niyə salınmayıb?

Etibar Məmmədovun adı AMİP-in siyahısına niyə salınmayıb?

Ölkə

13 Sentyabr 2010, 10:58

Milli İstiqlal Partiyası parlament seçkilərində iştirak edəcək namizədlər siyahısını rəsmən elan etsə də siyahıya partiyanın lideri Etibar Məmmədovun adı salnımayıb. Modern.az bunun səbəbini öyrənmək üçün AMİP –lə əlaqə saxlayıb.
Partiyanın seşki qərargahının rəhbəri Rəşad Bayramov bildirib ki, E. Məmmədovun adının siyahıda yer almaması onun namizədliklə bağlı qərarının olmaması ilə əlaqadardır.

“Etibar bəy bildirib ki, namizədliyini situasiyadan asılı olaraq irəli sürəcək. Hələki onun bu barədə qərarı yoxdur”-deyə R.Bayramov bildirib.

Mərkəzi Şuranın iclasında təsdiq edilmiş siyahıdan AMİP liderinin xəbəri olduğunu deyən partiya rəsmisi vurğulayıb ki, E.Məmmədov istənilən dairəni seçməkdə sərbəstdir.
“AMİP lideri seçkilərdə iştirakı qərarını verən kimi Mərkəzi Şura onu təsdiq etmək üçün yığışacaq. Hətta Etibar bəyin seçdiyi dairədə partiyanın namizədi olarasa, o namizəd  könüllü olaraq geri çəkiləcək”-deyə seçki qərargahının rəhbəri deyib.
Bununla yanaşı, R.Bayramov qeyd edib ki, Etibar Məmmədov çox güman ki, parlament seçkilərinə qatılmayacaq.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü