Modern.az

KİV-lər məhkəməyə verilə bilər

KİV-lər məhkəməyə verilə bilər

Media

1 Sentyabr 2009, 15:24

Fond tərəfindən ayrılmış maliyyəni düzgün xərcləməsələr

 

 

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu il üçün KİV-lərə maliyyə dəstəyi müsabiqəsinin nəticələrinin açıqlanmasına həsr edilmiş mətbuat konfransı keçirib. Modern.az-ın məlumatına görə, tədbirdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli bu il iyunun 1-də elan olunan müsabiqəyə 112 layihənin təqdim olunduğunu deyib. O, həmin layihələrdən 109-nun birbaşa, 3 layihənin isə poçt vasitəsilə Fonda təqdim olunduğunu bildirib. V.Səfərli 25 layihənin lazım olan sənədlərin təqdim etmədiyini qeyd edib: «Ekspertlərə qiymətləndirmək üçün 87 layihə təqdim edilib. Qiymətləndirmədə 12 ekspert iştirak edib. Hər layihəyə 3 ekspert qiymət verib. 15 layihə zəruri keçid balını toplaya bilməyib. 17 layihə isə öz istiqamətlərində digər layihələrdən az bal topladığı üçün qalib elan olunmayıb. Beləliklə, təqdim olunan 55 layihə müsabiqənin qalibi olub. Onlardan 30-u qəzet, 13-ü informasiya agentliyi, 6-sı jurnalist təşkilatı, 6-sı digər əlaqəli təşkilatlar kateqoriyasına aiddir. Bütün bu layihələrə umumilikdə 550 min manat vəsait ayrılıb. Məhz birinci mərhələdə media orqanlarına layihələrə görə ayrılan vəsaitin 50 faizi təqdim ediləcək. Daha sonra layihə ilə bağlı hesabat verildikdən sonra qalan məbləğdə redaksiyalar veriləcək. Layihələrə ayrılımış məbləğləri düzgün istiqamətə xərcləməyən media orqanları məhkəməyə veriləcək».

V.Səfərlinin sözlərinə görə, müsabiqənin nəticələrindən narazı qalanlar sentyabrın 5-nə kimi apellyasiya şikayəti verə bilərlər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qalib gəlmiş layihələrin uğurla həyata keçiriləciyinə əmin olduğunu bildirib. O, medianın inkişafına görə mətbuatın reklam bazarının artırılması üçün müəyyən tədriblərin görülməsinin, habelə jurnalistlərin peşəkarlığının artırılmasının vacibliyini vurğulayıb. 

Müsabiqədə qalib gəlmiş KİV-lər bunlardır.

1.    "Ədalət" qəzeti
2. "Azadlıq" qəzeti
3. "Bakı-xəbər" qəzeti
4. "Xalq cəbhəsi" qəzeti
5. "Səs" qəzeti
6. "Kaspi" qəzeti
7. "525-ci qəzet"
8. "Olaylar" qəzeti
9. "Azad Azərbaycan" qəzeti
10. "Palitra" qəzeti
11. "AzərNews" qəzeti
12. "Novoye vremya" qəzeti
13. "Ülfət" qəzeti
14. "Şərq" qəzeti
15. "Üç nöqtə" qəzeti
16. "Paritet" qəzeti
17. "Mövqe" qəzeti
18. "Yeni Azərbaycan" qəzeti
19. "Bizim yol" qəzeti
20. "Oxu məni" qəzeti
21. "Hərbi and" qəzeti
22. "Addım" qəzeti
23. "Futbol+Qol" qəzeti
24. "Mərkəz" qəzeti
25. "Proqnoz" qəzeti
26. "Vətən uğrunda" qəzeti
27. "Paralel" qəzeti
28. "Yeni Müsavat" qəzeti
29. "Həftə içi" qəzeti
30. "Təzadlar" qəzeti
31. "Trend" İnformasiya Agentliyi
32. "ASSA-İradə" İnformasiya Agentliyi
33. "The First News" İnformasiya Agentliyi
34. "Olaylar" İnformasiya Agentliyi
35. "Azadinform" İnformasiya Agentliyi
36. "Azəri Press" İnformasiya Agentliyi (APA)
37. "Səs" İnformasiya Agentliyi
38. "Beynəlxalq Avrasiya Mətbuat Fondu"
39. "RUH" Azərbaycan Jurnalistləri Komitəsi
40. "Yeni fikir" Jurnalist Həmrəyliyi İctimai Birliyi
41. "Müstəqil Araşdırmaçı Jurnalistlər" Liqası
42. "Azərbaycan Müstəqil Jurnalistlər" Liqası
43. Azərbaycan Mətbuat Şurası
44. "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyi
45. "Jurnalist Qadınlar" Assosiasiyası
46. "Tərəfsiz Jurnalistlər" İctimai Birliyi
47. Jurnalistlərin Həmkarlar İttifaqı
48. Azərbaycan Jurnalistlər Birliyi
49. "Azərbaycan Demokratik Jurnalistlər" Liqası
50. "Polisə Dəstək" İctimai Birliyi
51. "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi
52. "İctimaiyyətlə Əlaqələrin İnkişafı" İctimai Birliyi
53. "Sən Tək Deyilsən" İctimai Birliyi
54. "Müstəqil Hüquq Mərkəzi" İctimai Birliyi
55. "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyi

Aqil LƏTİFOV

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi