Modern.az

Minimim əməkhaqqı artımı ilə bağlı sərəncam müəllimlərə aid deyil

Minimim əməkhaqqı artımı ilə bağlı sərəncam müəllimlərə aid deyil

13 Sentyabr 2010, 14:53

Ölkə başçısının bir neçə gün öncə imzaladığı sərəncamlarla minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manata qaldırıldı, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin maaşları isə 10 faiz artırıldı.
Bəzi təhsil işçiləri elə fikirləşirlər ki, dalbadal verilən bu sərəncamların hər ikisinin onların məvacibinə təsiri olacaq.

Amma Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsindən Modern.az-a bildirilib ki, minimum aylıq əməkhaqqı məbləğinin 10 manat artımı təhsil işçilərinə aid deyil.
“Təhsil işçilərinin maaşları ayrıca 10 faiz artırılıb. Minimum aylıq əməkhaqqı məbləği ilə bağlı sərəncamın təhsil işçiləri ilə heç bir əlaqəsi yoxdur”-deyə nazirlikdən bildirilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir