Modern.az

Milli Qəhrəmanın cəsədi ətrafında müəmmalı sükut...

Milli Qəhrəmanın cəsədi ətrafında müəmmalı sükut...

13 Sentyabr 2010, 15:20

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun düşmən əlində qalmış cəsədinin geri alınması üçün  aparılan işlərdə heç bir yenilik yoxdur. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisnin mətbuat xidmətinin əməkdaşı İlahə Hüseynova  Modern.az-a bildirib. Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar davam etdirilir. 

“Hazırda müvafiq qurumlarla yazışmalar aparılır. Məsələ qurumun diqqətindədir. Amma mətbuata deyə biləcəyimiz bir yenilik yoxdur”-deyə o, vurğulayıb. 

İlahə Hüseynova həmçinin bildirib ki, avqustun 27-də saat 21.00 radələrində cəbhənin şimal istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfində əsir alınmış Milli Ordunun kiçik çavuşu Roman Hüseynovun işi ilə də bağlı yenilik yoxdur.
Şəhid gizir Mübariz İbrahimov bu il iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində təkbaşına Ermənistan silahlı qüvvələrinin səngərinə daxil olaraq düşmənlə vuruşub, xeyli erməni hərbçisini məhv edib, qəhrəmanlıqla şəhid olub. İşğalçılar hələ də onun cəsədini qaytarmaqdan imtina edirlər.
M.İbrahimova ölümündən sonra Prezident tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev də Modern.az-a deyib ki, hər iki məsələ ilə bağlı yenilik yoxdur. O, nazirlik tərəfindən mümkün tədbirlərin görüldüyünü vurğulayıb.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi