Modern.az

Erməni ordusu monstrlar yetişdirir

Erməni ordusu monstrlar yetişdirir

14 Sentyabr 2010, 10:04

Ermənistan ordusundakı zorakılıqla bağlı Youtube-də yerləşdirilmiş videoçarx işğalçı ölkənin müxalifət  düşərgəsində qəzəb doğurub.  
Modern.az
erməni mətbuatına istinadən xəbər verir ki,  videoçarxın yayımlanması erməni müxalifətinin qəzəbli nəzərini Sərksiyan hakimiyyətinə yönəldib. Keçmiş prezident Levon Ter-Petrosyanın başçılıq etdiyi  Erməni Ümummilli Konqresi bununla əlaqədar bəyanat yayıb. Bəyanatda bildirilir:  

“Son günlər müxtlif internet-saytlarda orduda baş alıb gedənlər barədə dəhşətli videogörüntülər  yayılıb. Belinə qədər çılpaq, qorxunc, heyvana bənzər zabit nahar edir və onun qarsında isə iki əsgər oturub. O növbə ilə əsgərlərə ona yaxınlaşmalarını əmr edir, onların başından tutur, var -qüvvəsi ilə əsgərləin qulaqlarını dartır, daha sonra əlinin içi ilə zərbə izi qalmaması üçün onların qulaqlarına zərbələr endirir. Hər iki əsgər sakicə növbə ilə ona yaxınlaşır. Aydın görünür ki, əsgərlər deyək ki, hansısa günahlarına görə cəzalandırlmırlar, bu, sadəcə zabit-monstrın naharına əlavədir. Hətta insan ləyaqətinin alçaldılması və təhqir olunmasına  yönəlmiş olan faşizm və onun tərəfdarları özünün qəddarlığı ilə bu 3-4 dəqiqəlik videogörüntülərlə müqayisə oluna bilməz. Və dərhal orduda baş verən qanlı və faciəvi insidentlərin səbəbini başa düşürsən.  

Bu cür qeyri-insani təhqirə məruz qalmış hər bir ağıllı insan, xüsusən 18-19 yaşlı gənc həm intihara, həm adamöldürməyə və ya qaçmağa üstünlük verə bilər. Ən yaxşı halda, o evinə fiziki, mənəvi və psixoloji cəhətdən şikəst gələcək. Lakin bir şeyi o, çox dəqiq etməyəcək: lazım gəldikdə düşmənlə vuruşmaycaq. Ordunu belə məhv edir və Qarabağı belə verirlər”.
 

Konqres qeyd edir ki, baş vermiş insidentlə bağlı Ermənistan Müdafiə Nazirliyinin savadzsız və ziddiyyətli bəyanatı isə həqiqəti ört-basdır etmək məqsədi güdür.  

Erməni Ümummilli Konqresi hesab edir ki, “videogörüntülərdə əks olunmuş zabit və iki əsgərin şəxsiyyətinin dəqiqləşdirilməsi  bir neçə saat ərzində olmasa da, bir neçə günün sadə vəzifəsdir. Hakimiyyətin maksimum bir həhtə ərizində monstr-zabiti tapmalı, açıq məhkəmə prosesi  aparılmalı və prosesə bütün vətəndaş cəmiyyəti cəlb edilməilidir. Hakimiyyət iki əsgərin təhlükəsizliyinə təminat verməlidir. Əks halda bu cinayətkar dəstənin əlaltısı kimi başda Serj Sərkisyan olmaqla bütün ordu rəhbərliyi elan olunacaq”.  

Müdafiə Nazirliyinin məlum bəyanatına əsaslanan Konqres qeyd elir ki,  hakimiyyətin bu insidenti ört-basdır etmək üçün siyasi qərarı var. Ona görə də Konqres bütün vətəndaşlara müraciət edərək videomateriala diqqətlə baxmağa, əsgər və zabiti tanıyanları Konqresə xəbər verməyə çağırıb.  

Ermənistanın Müdafiə Nazirliyi bəyan edib ki, videoçarxdakı adamların müəyyənləşdirilməsi, müəlliflərin aşkarlanması, eləcə də zor tətbiq edən şəxslərin cəzalandırılması üçün tədbirlər görülür.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı