Modern.az

Rəsmi Bakı Türkiyəylə viza rejiminin ləğvi məsələsinin müzakirəsinə başlayıb

Rəsmi Bakı Türkiyəylə viza rejiminin ləğvi məsələsinin müzakirəsinə başlayıb

14 Sentyabr 2010, 11:18
Azərbaycanla Türkiyə arasında vizasız gediş-gəlişlə bağlı məsələ müzakirə edilir və hazırda prosedur mərhələsindədir. Bu sözləri Modern.az-a XİN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib. Onun sözlərinə görə, məsələnin həlli təkcə Xarici İşlər Nazirlyinidən asılı deyil.

“Bu bir sıra dövlət qurumları ilə razılaşdırılmalıdır. Odur ki, prosesin nə zaman başa çatacağını deməkdə çətinlik çəkirəm”-deyən Poluxov bildirib ki, belə bir məsələ Azərbaycanda ilk dəfə həyata keçirildiyinə görə prosesin nə zaman yekunlaşacağını demək çətindir.                

Xatırladaq ki, Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana rəsmi səfərə zamanı hər iki ölkə arasında vizasız gediş-gəlişlə bağlı məsələ müzakirə edilib. Gül bildirmişdi ki, Azərbaycan tərəfi vizanın ləğvi ilə bağlı məsələnin həll edilməməsini texniki problemlərlə əlaqələndirib.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var