Modern.az

Müxalifətçi blok Bakıda mitinqlərin vaxtını elan edəcək

Müxalifətçi blok Bakıda mitinqlərin vaxtını elan edəcək

14 Sentyabr 2010, 13:25


Yaxın günlərdə AXCP-Müsavat kütləvi aksiyaların vaxtını elan edəcək. Bu barədə Modern.az-a AXCP-dən məlumat veriblər. Partiyanın sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, hazırda hər iki partiyada mitinqlərlə bağlı məsələ gündəmdədir. Onun sözlərinə görə,  AXCP-nin qurultaya hazırlaşması və seçki blokunun yaradılması ilə bağlı gedən proseslər aksiyaları bir qədər səngidib.
“Artıq mitinq müzakirələri başlayıb. Müsavat və AXCP mitinqləri birgə keçirəcək”. Hər iki partiya liderləri  həmçinin rayonlarda irəli sürdükləri vahid namizədləri dəstəkləmək üçün bölgələrə gedəcəklər.
“Bununla bağlı çox geniş qrafik tuturuq. Ölkənin əksər ərazilərini əhatə edən aksiyalar keçiriləcək”-deyə Qəhrəmanlı vurğulayıb. 

Modern.az      

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı