Modern.az

Müəllim müəllim kimi geyinməlidir...

Müəllim müəllim kimi geyinməlidir...

14 Sentyabr 2010, 13:50

Bu ildən Bakının orta məktəblərində şagirdlər məcburi qaydada vahid geyim formasina keçirlər. Gələn ildən isə bu qayda respublikanın bütün ərazisindəki məktəblərdə tətbiq olunacaq.

Orta ümümtəhsil müəssisələrində müəllimlərin də vahid geyim formasına keçmələri ilə bağlı təşəbbüslər irəli sürülür. Həm müəllimlərin özləri tərəfindən, həm də digər şəxslər tərəfindən.   Yeri gəlmişkən, dünyanın ayrı-ayrı ölkələrində belə bir təcrübə var.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı Modern.az saytına bildirib ki, Azərbaycanda belə bir təcrübə yoxdur: “Ancaq müəllimlərin özlərinin təşəbüssü ilə Bakıda bir neçə məktəbdə artıq müəllimlər uniformaya keçiblər. Digər müəlllimlərimizin də bu təcrübədən yararlanmasını istərdik. Müəllim müəllim kimi geyinməlidir”.  

İdarə sözçüsü bildirib ki, Bakıda müəllimlərin 90 faizi qadınlardır: “Onlara tövsiyyə edərdik ki, uniformaya keçsinlər. Səhər-səhər qarderoblarında itməsinlər. Müəllimələrin, xüsusilə də qadın müəllimələrin uniforma geyinməsi çox faydalı olardı. Bu məsələylə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində və Təhsil Nazirliyində müzakirə aparılmayıb, təkliflər də daxil olmayıb. Sadəcə, müəllimlərimizin özləri müəllim kimi geyinməlidirlər”.  

Vüqar Ağamalıoğlu
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir