NASA əkiz qardaşlar olan iki astronavtı kosmosa göndərəcək. Modern.az NBC-yə istinadən bildirir ki, Skott və Mark Kelli müxtəlif ekipajların tərkibində orbitə çıxacaqlar. Skot Kelli 2010-cu ilin oktyabrında Rusiyanın “Soyuz” kosmik gəmisində kosmosa yola salınacaq. Ekipaj yarım il kosmosda qalacaq. Mark Kelli isə 2011-ci ilin fevralında “İndevor” missiyası çərçivəsində “göyə çıxacaq”.
Hər iki qardaş kosmosdan Tvitterdən mikrobloq yazışmaları aparacaqlar. Mark və Ckott Kelli 1964-cü ildə doğulublar. Mark qardaşından altı dəqiqə böyükdü. Mark üc dəfə kosmosda olub. Skott isə 26-cı ekspedisiyanın rəhbərlik edib.