Modern.az

"Reytinq" qəzeti fəaliyyətini bərpa edib

"Reytinq" qəzeti fəaliyyətini bərpa edib

10 Oktyabr 2009, 15:09

Sentyabrın 6-dan fəaliyyətində fasilə yaranmış "Reytinq" qəzeti nəşrini bərpa edib.  Bu barədə Modern.az-a qəzetin redaktoru Seymur Verdizadə məlumat verib. S.Verdizadənin sözlərinə görə, qəzetin nəşrində yaranan fasilə

bəzi texniki problemlərlə bağlı idi: "Artıq həmin promlemlər qismən aradan qalxıb. Qəzet əvvəlki formatda, əvvəlki kollektivlə fəaliyyətini davam etdirəcək. Oktyabrın 11-də oxucularımız köşklərdən "Reytinq"in yeni sayını ala bilərlər". Qeyd edək ki,  "Reytinq"  həftəlik qəzetdir və hər şənbə günü satışa çıxır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir