Modern.az

Latviyanın sabiq prezidenti Bakıda gözdən əlil uşaqlarla görüşüb

Latviyanın sabiq prezidenti Bakıda gözdən əlil uşaqlarla görüşüb

16 Sentyabr 2010, 22:53

Azərbaycanda səfərdə olan Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freyberqa gözdən əlil uşaqlar üçün Respublika internat orta məktəbində olub.

Qonağa məlumat verilib ki, məktəb 1961-ci ildən fəaliyyət göstərir. Burada 295 şagirdin təlim-tərbiyəsi ilə 99 müəllim və tərbiyəçi məşğul olur. Bildirilib ki, internat məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunaraq yenidən istifadəyə verilib.
Vayra Vike-Freyberqa kitabxana, kompyuter otağı ilə tanış olub. Vurğulanıb ki, internat məktəb müasir kompyuter texnologiyası ilə təmin olunub. Uşaqlar kompyuter proqramlarından sərbəst istifadə edə bilirlər.

Eyni zamanda, burada musiqi məktəbi fəaliyyət göstərir ki, burada uşaqların bədii-estetik zövqlərinin formalaşması, asudə vaxtlarının səmərəli təşkili üçün nümunəvi şərait vardır. Uşaqlar yaradılan şəraitdən ruhlanaraq ölkəmizdə və onun hüdudlarından kənarda müstəqil Azərbaycanın bayrağını zirvələrə qaldırırlar.

Bu isə dövlətin, xüsusən də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın qayğısının uğurlu nəticəsidir.

Gözdən əlil uşaqların hazırladığı ədəbi-bədii kompozisiyaya baxan qonaq məktəbin fəaliyyətindən məmnun qalmışdır.

Qeyd edək ki, görüşdə Milli Məclisin deputatı Qənirə Paşayeva da iştirak edib.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü