Modern.az

Raket zərbələri altında seçkilər

Raket zərbələri altında seçkilər

Dünya

18 Sentyabr 2010, 22:56

Bu gün Əfqanıstanda parlament seçkiləri keçirilir. Modern.az BBC-yə istinadən xəbər verir ki,

seçkilər öncəsi ölkədə bir çox seçki məntəqələri raket zərbələrinə məruz qalıb. Taliblər seçkilərə gedən vətəndaşları ölümlə təhdid edib.
Səsvermənin ilk saatlarında raket zərbələrindən 2 nəfərin həlak olduğu bildirilib. Xost əyalətində baş vermiş hücumda seçkilərin gedişini izləyən 2 əfqan müşahidəçisi həlak olub. 

Taliban hücumlarından biri  Kabildə Amerika səfirliyi  və NATO qərargahı yaxınlığında baş verib. Polis Kabilin cənub –şərqindəki Qəzni şəhərində 3 raket zərbəsinin baş verdiyini və bir polis işçisinin yaralandığını xəbər verib. Ölkənin şimalında Badaxşan, Qunduz, şərqindəki Cəlalabad vilayətlərində də seçki məntəqlərinə və dövlət binalarına raket hücumları baş verib.  Taliban Qəndahar vilayətinin qubernatoru Tural Vesuya qarşı sui-qəsd təşkil edib. Onun avtomobil kortejinin yanında partlayış baş verib.  Vardak şəhərində raket zərbələrindən ən azı 4 nəfərin xəsarət aldığı bildirilir.

Kabildə səs verən prezident Həmid Kərzayi xalqa müraciət edərək onları səslərini pula  dəyişdirməməyə çağırıb. O, vətəndaşların öz layiq bildiyi namizədə səs verməsini istəyib.

Parlament seçkilərində 34 vilayətdən seçiləcək 249 millət vəkili üçün 2500 namizəd yarışır. Onların arasında 386 qadın namizəd də var. Qadınlara parlamentdə 68 yer nəzərdə tutulub. Ölkədə 5500-dən çox seçki məntəqəsi yaradılıb. Onların təhlükəsizliyi 280 min əfqan əsgərinə həvalə olunub. NATO qüvvələri də onlara kömək edəcəyini vəd edib. Seçkilərin gedişini 40 ölkədən müşahidəçi izləyir

Ən son məlumata görə, Badaxşan vilayətində seçki məntəqəsinə raket hücumu baş verib. Təhlükəsizlik xidmətinin 7 işçisi həlak olub, 5 nəfər yaralanıb.

Əfqanıstanda səsvermə məntəqələi artıq bağlanıb. Burada keçirilən parlament seçkiləri ərəfəsində baş vermiş bir sıra zorakılıq halları zamanı ən azı 14 nəfər həlak olub.

Mərkəzi Seçki Komissiyasının rəsmiləri deyiblər ki, ölkə boyu təşkil edilmiş təxminən altı min seçki məntəqəsindən 90 faizi açıq idi.

Seçkilərdə iştirak edən hər bir kəsə hücum edəcəyini bəyan edən Taliban ən azı 150 seçki məntəqəsinə hücum etdiyini bildirib.

Daxil olan xəbərlərdə artıq müxtəlif pozuntuların geniş vüsət aldığı bildirilir.

Seçkilərin yekunu oktyabrın sonuna kimi bəlli olmayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür