Modern.az

Telman İsmayılov Soçidə ən böyük otel tikir

Telman İsmayılov Soçidə ən böyük otel tikir

İqtisadiyyat

20 Sentyabr 2010, 21:14

AST şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Telman İsmayılov Soçidə Rusiyada ən iri mehmanxana kompleksi tikir. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı “Olimpstroy”dövlət şirkəti yayıb. 
5500 nəfərlik “Birlik” mehmanxanası İmereti  məntəqəsində tikiləcək. Tikintinin ümumi sahəsi 24.6 hektardır. Analitiklər hesab edir ki, layihəyə qoyulan investisiyanın həcmi 1 milyard dollar təşkil edə bilər. Bundan əlavə, Telman İsmayılov 150 nəfərlik 5 ulduzlu kompleks də tikəcək. Bunun üçün 0,98 hektap yer ayrılıb. Hər iki tikinti 2013-cü ilin iyununda başa çatdırılacaq.

Xatırladaq ki, AST şirkətlər qrupu Telman İsmayılov tərəfindən 1989-cu ildə yaradılıb. Hazırda şirkət bərabər paylarda ona, onun iki oğluna və kürəkəninə məxsusdur. Xoldinq mehmanxana, tikinti, zərgərlik. Restoran, turizm  və poliqrafiya sahələrində çalışır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir