Modern.az

“Qarabağ” da Elşad Paşasoyu dəstəkləyir

“Qarabağ” da Elşad Paşasoyu dəstəkləyir

21 Sentyabr 2010, 15:15

“Qarabağ” seçki bloku deputatlığa vahid namizədlərinin yeni siyahısını açıqlayıb. Əvvəlki siyahıda 72 saylı Yardımlı-Masallı seçki dairəsindən namizəd kimi göstərilmiş Ümid Partiyasının Ali Məclisinin sədri Ənvər Ağazadə dairəsini dəyişərək 18 saylı Nərimanov-Nizami seşki dairəsindən seçkiyə qatılacağını bəyan edib.

72 saylı dairədən isə “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy namizədliyini irəli sürüb və artıq sənədlərini DSK-ya təqdim edib. Ancaq Ə.Ağazadə dairəsini dəyişdikdən sonra 72 saylı dairə ilə bağlı məsələ açıq qalıb və bu səbəbdən bəzi suallar yaranıb. “Qarabağ” blokunun təsisçilərindən biri, Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə, sözügedən dairə ilə bağlı artıq qeyri-müəyyənliyə son qoyulub və blok E.Paşasoyun namizədliyini müdafiə edəcək: “Şəxsən mən birmənalı şəkildə Elşad Paşasoyu dəstəkləyirəm. Ənvər Ağazadə dairəsini dəyişdikdən sonra “Qarabağ” seçki blokunun 72 saylı Yardımlı-Masallı seçki dairəsindən ayrı namizədi olmayacaq. Hesab edirik ki, bu dairədən ən uyğun namizəd Elşad bəydir. Elşad Paşasoyu yaxından tanıyırıq. O, kifayət qədər tanınan jurnalist, əqidəli insan, həm də demokratik fikirli ziyalıdır. Odur ki, “Qarabağ” bloku onun namizədliyini müdafiə edəcək”. 
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi