Modern.az

Məhəmməd Əmin Rəsulzadənin bacısı - FOTO

Məhəmməd Əmin Rəsulzadənin bacısı - FOTO

Aktual

24 Aprel 2015, 15:32

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) devriləndən sonra AXC-nin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin ailəsi dəhşətli təqiblərə məruz qaldı. Onun özü Azərbaycanı tərk etmək məcburiyyətində qaldı, anası Maral xanım həbs olundu, ailə üzvlərinə məşəqqətlər yaşadıldı.


Bu şəkildəki Məhəmməd Əmin Rəsulzadənin bacısı Ümmügülsüm Sadıqovadır (Rəsulzadə). O, şairə idi. Modern.az-ın məlumatına görə, şəkli təqdim edən araşdırmaçı Araz Vəliyevin qeydləri: “Ümmügülsüm istiqlal mövzularında yazırdı. 1937-də onun əri Seyid Hüseyn, 1938-də isə özü həbs edilib. Seyid Hüseyn güllələnib, Ümmügülsüm isə 8 il həbs cəzası alaraq, sürgünə göndərilib. 1945-də sürgündən dönən Ümmügülsüm Şamaxıya gedib və bir neçə aydan sonra orada dünyasını dəyişib”.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?