Türkiyə millisi Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Belçika yığmasına 2:0 hesabı ilə məğlub oldu. Qrupda Estoniyanın da öz meydanında Bosniya və Hersoqovinaya uduzması türklərin bütün ümidlərini alt-üst etdi. Beləliklə, Türkiyə DÇ-2010-da iştirak etmək şanslarını tamamilə itirdi. Türkiyə millisinin baş məşqçisi Fatih Terim bildirib ki, artıq istefa verib və Ermənistanla keçiriləcək son görüş onun vida matçı olacaq.