Modern.az

Benites “Napoli”dən ayrılıb İngiltərəyə gedəcək

Benites “Napoli”dən ayrılıb İngiltərəyə gedəcək

1 May 2015, 13:44



Tanınmış ispaniyalı məşqçi bu mövsümün sonunda İtaliyanın “Napoli” futbol klubundan ayrılacaq. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Neapol klubunun prezidenti De Laurentis ispaniyalı məşqçinin yayın axırında başa çatacaq müqaviləsini uzatmaq niyyətində olduğunu desə də, ancaq Benites İngiltərə Premyer-liqasına qayıtmağa hazırlaşır.

Bundan əvvəl 55 yaşlı mütəxəssis İngiltərənin “Liverpul” və “Çelsi” klublarını çalışdırıb. “Liverpul” onun rəhbərliyi ilə Çempionlar Liqasının qalibi olub, “Çelsi” ilə isə Avropa Liqasında uğur əldə edib.  

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı