Modern.az

Oktyabrdan Bakcell-in də MMS xidməti olacaq

Oktyabrdan Bakcell-in də MMS xidməti olacaq

Mədəni̇yyət

23 Sentyabr 2010, 16:14

Sentyabrn 23-də Landmark Plaza-nın Ares zalında Bakcell-lin son nailiyətləri ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə Bakcell-in icraçı direktoru xanım İneke Botter şirkərinən son naliyətləri barədə məlumat verib. İ.Botter bildirib ki, Bakcell 1994-cu ildə Novruz bayramı ərəfəsində yaranıb, 2003-cu ildə özəlləşdirmə prosesini uğurla başa çatdırıb. Bakcell 2010-cu ildə ən iri tutumlu mobil operatorlardan biri olub. Şirkət dünyanın 153 ölkəsinin 256 mobil operatoru ilə müqavilə bağlayıb.
Bakcell həmçinin 2010-cu ildə “Uğur” mükafatı ilə təltif olunub. Bakcell-in aktiv abunəçilərin sayı 2 milyonu ötüb. Aktiv abunəçilər dedikdə, gündəlik zəng edən və SMS yazan abunəçilər nəzərdə tutulur, həmçinin Bakcell-in CSM baza stansiyalarının sayı 2 minə çatıb. Ötən il 1,5 milyon abunəçisi olan Bakcell-in bu il artıq 2 milyon abunəçisi var. Bakcell-in min nəfər işçisi var. Bakcell Azərbaycanda 65 xidmət məntəqəsi vasitəsi ilə abunəçilərinə xidmət göstərir.

İ.Botter deyib ki, Bakcell-in gələcəkdə 3-G xidməti də fəaliyyətə başlayacaq. Bakcell abunəçiləri oktyabr ayında MMS xidmətlərindən istifadə edəcəklər.


Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir