Modern.az

Şimlai Koreya lideri Putindən inciyib

Şimlai Koreya lideri Putindən inciyib

4 May 2015, 17:59



Şimala Koreya lideri Kim Çen Inın Moskvada keçiriləcək 9 May tədbirlərinə qatılmamasının səbəbləri məlum olub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Çen Inı Kremldən incik salan Rusiyanın Koreyaya “S-300” zenit-raket kompleksinin 4 divizionunu satmaqdan imtina etməsi olub. Aprel ayında Moskvaya səfər edən Şimali Koreyanın müdafiə naziri Hen En Çer S-300 raektlərinin alınması ilə bağlı razılaşmaya ümid edirdi. Lakin Kreml Koreyanın təklifini geri çevirib. Honq-Konqun “Phoenix TV” telekanalının məlumatına görə, Şimali Koreya raketlərinin əvəzinə Rusiyaya öz mineral ehtiyatlarıı və Çinlə sərhəddə yerləşən Rason şəhərindəki xüsusi iqtisadi zonada imtiyazlar təklif edib. Lakin bölgədəki starteji balansın pozula biləcəyinə və Çinlə münasibətlərdə gərginliyə əsas verməmək üçün rəsmi Moskva bu təklifdən imtina edib.
Bundan öncə Kim Çen Inın Moskvada 9 May qələbə paradını izləyəcəyi bildirilsə də, bir neçə gün öncə Şimali Koreya rəsmləri yaydıqları rəsmi məlumatda Kim Çen Inın Koreya daxili proseslərə görə Moskvada ola bilməyəcəyini açıqladılar. Onun əvəzinə Şimali Koreya Ali Xalq Məclisinin Rəyasərt Heyətinin sədri Kim En Nam parada təşrif buyuracaq.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!