Modern.az

Tanınmış psixoloq özünü güllələdi

Tanınmış psixoloq özünü güllələdi

Dünya

6 May 2015, 13:35

Mayın 5-də Moskva ətrafındakı İstrinski rayonundakı kotteclərdən ibarət qəsəbədə 59 yaşlı professor, Rusiyanın əməkdar psixoloqu Mixail Kondratyevin başında güllə yarası olan meyiti aşkarlanıb. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, tanınmış psixoloq, psixologiya elmləri doktoru, Moskva şəhər psixoloji-pedaqogika universitetinin sosial psixologiya fakültəsinin dekanı, Rusiya təhsil akademiyasının müxbir üzvünün özünü öldürdüyü məlum olub.

59 yaşlı professor və bir sıra mükafat laureatı intihardan əvvəl məktub yazıb. İlkin ehtimala görə, onun həyatına qəsd etməsinin səbəbi ailə problemi olub. 

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür