Modern.az

Hansı redaksiyanın hazırda əsgərlikdə olan əməkdaşı var? (sorğu)

Hansı redaksiyanın hazırda əsgərlikdə olan əməkdaşı var? (sorğu)

Media

24 Sentyabr 2010, 16:02


Orduda xidmət etmək, əsgərlik keçmək hər bir Azər­bayc­an vətəndaşının müqəddəs borcudur. Tutduğu vəzifədən, çalışdığı peşədən asılı olmayaraq... Bizim üçün ən bahalı geyim əsgər mundiri, ən şərəfli xidmət əsgərlik olmalıdır. Hətta torpaqlarımızın 20 faizi işğal altında olmasa belə...
Ölkə başçısının fərmanı ilə 2010-cu ilin oktyabrın 1-dən 30-dək əsgərlik yaşlı Azərbaycan oğlanları həqiqi hərbi xidmətə çağırılacaqlar. Heç şübhəsiz onların sırasında hazırda əlində qələm tutan bəzi gənc jurnalistlər də olacaq. 
Maraqlıdır, hazırda hansı KİV-in əməkdaşı həqiqi hərbi xidmət keçir? Modern.az bu sualla redaksiyalara müraciət edib.

“Ekspress” qəzetindən bildiriblər ki, onların hazırda hərbi xidmətdə heç bir əməkdaşı yoxdur.

“Kaspi” qəzetinin redaksiyasından da deyiblər ki, əməkdaşlardan heç kim hərbi xidmətdə deyil.

“Mərkəz” qəzetində işçilərin hamısı hərbi xidməti başa vurublar. Bir əməkdaş var, universiteti qurtarıb, amma hələ əsgər getməyib.

“Olaylar” qəzetində də hamısı “qocalardır”, bu redaksiyadan bildiriblər ki, onların hərbi xidmətdə olan əməkdaşı yoxdur.

“Respublika” qəzetinin bir əməkdaşı - İbrahim Fərəcov  hazırda Mingəçevirdəki N saylı hərbi hissədə xidmətdədir.

Səs” İnformasiya Agentliyindən bildiriblər ki, onların hərbi xidmətdə əməkdaşı yoxdur.

“Təzadlar” qəzetinin də heç bir əməkdaşı hərbi xidmətdə deyil.

“Üç nöqtə” qəzetinin redaksiyasından deyiblər ki, onların hərbi xidmətdə olan işçisi yoxdur.

“Xalq Cəbhəsi” qəzetindən də heç kim hazırda hərbi xidmət keçmir.

“Yeni Azərbaycan” qəzeti ilə bağlı da vəziyyət eynidir, hərbi xidmətdə olan əməkdaş yoxdur.

“Yeni Müsavat” qəzetinin bir işçisi – reportyor  Fərahim İlqaroğlu adlı bu yaxınlarda hərbi xidmətə gedib.  

“Zaman - Azərbaycan”ın isə hazırda hərbi xidmətdə olan iki əməkdaşı var. Bunlar Elgiz Abbasov və Tengiz Məmmədovdur.

“Ayna - Zerkalo” qəzetindən heç kim hazırda hərbi xidmət keçmir., hamə əsgərlikdən çoxdan qayıdıb.

APA-nın da hazırda həqiqi hərbi xidmətdə olan əməkdaşı yoxdur, amma bir neçə işçinin əsgərlikdən yeni gəldiyi bildirilib.

“Lent.az” portalı dahərbi xidmətə əsgər göndərməyən KİV-lər sırasındadır.

Vesti.az saytının Vüqar Həsənov adlı bir əməkdaşı hazırda hərbi xidmət keçir.

AzərTac-ın da Hikmət Əhmədli adlı bir əməkdaşları hazırda hərbi xidmətdədir.

“Azadinform.az” agentlyinin isə əsgərlikdə olan işçisi yoxdur. 

Trend” İnformasiya Agentliyindən sualımıza dəqiq cavab ala bilmədik. Redaksiyanın rəhbərliyində təmsil olunan iki redaktorla əlaqə saxladıq, soruşanda ki, “sizdən kimsə əsgərlikdədirmi?” dedilər “bilmirik”.

“Turan” İnformasiya Agentliyinin hazırda hərbi xidmətdə olan əməkdaşı yoxdur.

“Xəbərlər” İnformasiya Agentliyinin  əsgərliyə gedən əməkdaşı yoxdur. 

“Reytinq” qəzetinin redaksiyasından bildiriblər ki, hazırda onların hərbi xidmətdə əməkdaş yoxdur.

“Azərbaycan” qəzetinin də həmçinin, bu redaksiyasından əsgər göndərilməyib.

“Milli.az” saytının redaksiyaslında hərbi xidmətə yola salınan yoxdur.

“Xalq qəzeti” redaksiyasından bildiriblər ki, onların Rüzgar Məhərrəmov adlı bir əməkdaşı hazırda hərbi xidmətdədir.

”Media forum” portalının da əsgərliyə gedən işçisi yoxdur.

Modern.az saytının bir əməkdaşı əsgərlikdən yenicə qayıdıb, o da özüməm, hərbi xidmətdə olanımız isə yoxdur.

Vüqar AĞAMALIOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir