Modern.az

MSK katibi: "Seçici syahıları oktyabrın 3-dək məntəqələrdə asılacaq"

MSK katibi: "Seçici syahıları oktyabrın 3-dək məntəqələrdə asılacaq"

Ölkə

25 Sentyabr 2010, 15:46

Milli Məclisə keçiriləcək seçkilərlə bağlı seçici siyahıları üzrə son dəqiqləşdirmələr başa çatdırılıb. Seçici siyahıları Mərkəzi Seçki Komissiyası (MSK) nəzdində Seçkilər İnformasiya Mərkəzində çap olunur. Siyahılar oktyabrın 3-dək məntəqə seçki komissiyalarına göndəriləcək.
Bu barədə MSK katibi Natiq Məmmədov sentyabrın 25-də keçirdiyi mətbuat konfransında məlumat verib.
O deyib ki, seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə cari ilin əvvəlindən başlanılıb. Bu işə yerli icra strukturlarının, bələdiyyələrin, polis və ədliyyə orqanlarının əməkdaşları cəlb olunub.
 
Son məlumatlara görə, ölkə üzrə 4 milyon 846 min nəfər seçici var. Lakin bu rəqəmin artacağı istisna edilmir. Belə ki, səsvermə gününədək 18 yaşı tamam olacaq şəxslər, eləcə də yaşayış yeri ilə qeydiyyatda olma yerləri müxtəlif olan vətəndaşlar, həmçinin hazırda xarici ölkələrdə olan və seçki gününədək Azərbaycana gələcək insanlar yaşadıqları ərazi üzrə səsvermədə iştirak edə bilərlər. Bunun üçün onlar məntəqə və dairə seçki komissiyalarına müraciət edib adlarını siyahıya saldırmalıdırlar.
N.Məmmədov deyib ki, vətəndaşların adlarının seçici siyahısında olub - olmamasının öyrənmələri prosedurları da asanlaşdırılıb. İndi hər bir vətəndaş öz adını, eləcə də qohumunun adını internet vasitəsilə MSK-nın saytında və ya məntəqə seçki komissiyalarında axtara bilər.

Adını bu siyahılarda tapa bilməyən vətəndaşlar aidiyyatı üzrə məntəqə seçki komissiyalarına müraciət edib, adlarını siyahıya saldıra bilərlər.
MSK səsvermədə iştirak imkanı məhdud olan vətəndaşlar üçün də qaydalar müəyyən edib. Belə ki, səsvermədə iştirak imkanı olmayan şəxslər məntəqə və dairə seçki komissiyalarına müraciət etdikdə onlar üçün səyyar səsvermə təşkil olunacaq. Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar 13 adda plakatlar çap etdirib.

Çap olunmuş plakatlar artıq dairə seçki komissiyalarına göndərilib. Bu plakatlar əsasən maarifləndirici, səsverməyə çağırış, seçici siyahıları ilə bağlı məlumatlandırıcı və s. plakatlardır. Plakatların çapı davam etdirilir.
Plakatların, seçici siyahılarının, eləcə də deputatlığa namizədlərin təbliğat materiallarının tarixi mədəniyyət abidələrinin üzərinə, muzey binalarına, eləcə də dövlət və hakimiyyət strukturlarının binalarına yapışdırılması qanunla qadağan edilib.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi