Modern.az

Xalq artisti Faiq Ağayevi bıçaqladılar

Xalq artisti Faiq Ağayevi bıçaqladılar

Ölkə

27 Sentyabr 2010, 10:30

Azərbaycanın xalq artisti Faiq Ağayev bıçaqlanıb. Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən məlumat verilib.

Hadisə ötən gecə, keçmiş “Kubinka” adlanan ərazidə qeydə alınıb. Xalq artisti Faiq Ağayev, mühafizəçiləri Ramin Bayramov və Azər Musayev naməlum şəxslər tərəfindən bıçaqlanıb. Yaralılar KTM yerləşdiriliblər. F. Ağayevə 6 bıçaq vurulub. O, kürək nahiyəsindən 4, budundan 1, qarın nahiyəsindən də 1 xəsarət alıb. Hər üç yaralı əməliyyat olunub. Vəziyyətləri orta-ağırdır.

Hadisənin kimin tərəfindən hansı məqsədli törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsi məlumatlandırılıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü