Modern.az

Qafqaz Müsəlmanları İdarəsi: “Şəhidimizin meyitinin qaytarılacağına inanırıq”

Qafqaz Müsəlmanları İdarəsi: “Şəhidimizin meyitinin qaytarılacağına inanırıq”

27 Sentyabr 2010, 13:40

Şeyx Qaragenin müraciətindən məlumatlıdır..

Məlum olduğu kimi erməni katalikosu II Qaragin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun cəsədinin qaytaılması ilə bağlı erməni prezident Serj Sərkisyana müraciət edib. O, bu addımı rus patriarxı Kirilin müraciətindən sonra atıb.
Qeyd edək ki, dini liderlərin Moskvada keçirilən sonuncu toplantısında Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə belə bir xahişlə rus patriarxına müraciət etmişdi.

Qafqaz Müsəlmanları İdarəsi Qaraginin bu müraciətindən məlumatlıdırlar. QMİ sədrinin birinci müavini hacı Salman Musayev Modern.az saytına açıqlamasında bildirib ki, onlar bu müraciətin müsbət nəticələnəciyinə ümidvardırlar.

Bu barədə şeyx tərəfindən rəsmi aşıqlama verildiyini deyən hacı Salman bildirib ki, dövlətin səyləri ilə bərabər onlar da məsələnin həllində yardımlarını göstərirlər.

“Biz bu tərəfdən məsələni həll eləməyə çalışırıq. Ümid edirik ki, Milli Qəhrəmanla bağlı bu ağrılı məsələ həllini tapacaq. Qeyd edim ki, biz bununla bağlı məlumatları katalikos Qaragindən almırıq, məsələ ilə bağlı rus patriarxı Kiril Şeyxi məlumatlandırır”-deyə hacı Salman vurğulayıb.

Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi