Modern.az

“Qarabağ üzrə xüsusi nümayəndənin təyini ilə bağlı heş bir rəsmi təklif yoxdur”

“Qarabağ üzrə xüsusi nümayəndənin təyini ilə bağlı heş bir rəsmi təklif yoxdur”

27 Sentyabr 2010, 15:56

BMT-nin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsinin təyin edilməsi ilə bağlı tərəflərə heç bir rəsmi təklif edilməyib. Bu barədə Modern.az –a xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bir müddət əvvəl Latviyanın keçmiş prezidenti, BMT Baş katibinin xüsusi diplomatik nümayəndəsi Vayra Vike-Freyberqin irəli sürdüyü təklifin taleyinə aydınlıq gətirərkən bildirib. XİN rəsmisinin sözlərinə görə, belə xüsusi nümayəndənin təyin olunması üçün hər iki tərəfin –Azərbaycan və Ermənistanın razılığı olmalıdır.

“Danışıqların aparılmasının təsdiq edilmiş formatı var və bu format tərəfləri qane edir. BMT tərəfindən tərəflərə belə bir təklifini təqdim etməyib”-deyə E. Poluxov qeyd edib. 

Qeyd edək ki, bu ayın ortalarında Azərbycanda səfərdə olan Latviyanın keçmiş prezidenti, BMT Baş katibinin xüsusi diplomatik nümayəndəsi Vayra Vike-Freyberq bəyan etmişdi ki, BMT Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi təyin etməlidir. O vurğulamışdı ki, xüsusi nümayəndənin təyin olunması münaqişənin həllini sürətləndirə bilər.

“Azərbaycan münaqişənin sülh yolu ilə həllinə çalışır, Ermənistan da problemin danışıqlar yolu ilə həlli mövqeyindən çıxış etməlidir”, – deyə BMT təmsilçisi  Bakıda bəyan etmişdi. Bu təklif Milli Məclisin sədri Oktay Əsədovla görüş zamanı spiker bu təklifi dəstəkləmişdi.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi