Modern.az

Türkiyə səfiri: “Biz Qarabağ məsələsində həmişə Azərbaycanın yanındayıq”

Türkiyə səfiri: “Biz Qarabağ məsələsində həmişə Azərbaycanın yanındayıq”

Ölkə

28 Sentyabr 2010, 13:12

Dünyada Kıpris Türk Cümhuriyyətinə qarşı olduğu kimi Qarabağa da haqsız münasibət var. Modern.az xəbər verir ki, bunu Türkiyənin ölkəmizdə olan fövqaladə və səlahiyyətli səfiri Hülüsi Kılıc Ataturük Mərkəzində Kıprısın keçmiş prezidenti Rauf Denktaşın kitabının təqdimetmə mərasimində deyib. 
Səfir bildirib ki, Türkiyə dövləti çətin günlərdə və bu gün də Kıprısın yanında olduğu kimi, Qarabağ məsələsində həmişə Azərbaycanın yanında olacaq.

Qeyd edək ki, Atatürk Mərkəzində Azərbaycan Milli Məclisinin üzvü, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın tərtib etdiyi “Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi..” adlı kitabın təqdimatı keçirilir.

Kitabda türk dünyasının böyük ictimai-siyasi xadimlərindən biri, Quzey Kıprıs Türklərinin lideri, KKTC-nin ilk prezidenti Rauf Denktaşın uşaqlıq və gənclik illəri, onun ada türklərinin haqları uğurunda XX yüzilin ortalarından etibarən başladığı mübarizə, siyasi-diplomatik çalışmaları, barış hərəkatı ilə bağlı fikirləri, xatirələri, KKTC-nin dünəni, bugünü və sabahına yönəlik düşüncələri, Türk Dünyası dəyərləndirmələri ilə bağlı maraqlı bilgilər toplanıb və bu bilgilər vahid sujet xətti üzrə kitablaşdırılıb.
Təqdimat mərasimində Rauf Denktaşın oğlu, Demokrat Partiyasının lideri, KKTC-nin keçmiş Xarici İşlər Naziri Sərdar Denktaş, Türkiyədən və Azərbaycandan olan millət vəkilləri, dipolomatik korpusun nümayəndələri, ictimai-siyasi və mədəniyyət xadimləri, KİV nümayəndələri iştirak edirlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?