Modern.az

22 azərbaycanlı menecer Almaniyaya aparılır

22 azərbaycanlı menecer Almaniyaya aparılır

Ölkə

12 Oktyabr 2009, 18:44

Oktyabrın 12-də “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında” anlaşma memorandumu imzalanıb.

Modern.az xəbər verir ki, sənədi Azərbaycan tərəfindən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Almaniya tərəfindən isə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin departament direktoru Andreas Oberşteller imzalayəblar.
Memoranduma əsasən, Azərbaycanın özəl sektorunda biznesin idarə olunması sahəsində fəaliyyət göstərən kadrların “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı” çərçivəsində Almaniyada tədris və təcrübə keçməsi nəzərdə tutulur.
Almaniya tərəfindən Proqramın icrası “İnWent” təşkilatına, Azərbaycan tərəfindən isə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinə həvalə edilib.
Proqramın üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, bu ilin iyul ayının 22-23-də Almaniyadan olan mütəxəssislərlə birlikdə proqramda iştirak edəcək menecerlər üçün müsahibə keçirilib. 65 nəfər namizədin qatıldığı müsahibədən 22 nəfər keçib. Seçilən namizədlər üçün Bakı şəhərində ingilis dili və idarəetmə kadrlarının hazırlığı üzrə treninqlər keçirilib.
Növbəti mərhələdə isə bu ilk pilot layihəsinin iştirakçıları Almaniyada bir aylıq tədris kursu və müəssisələrdə təcrübə keçəcəklər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi