Modern.az

“Həzrəti Yusif” serialının yaradıcı heyəti Bakıya gələcək

“Həzrəti Yusif” serialının yaradıcı heyəti Bakıya gələcək

Ölkə

28 Sentyabr 2010, 14:01

Baş rolun ifaçısı Mustafa Zamani və Fərəcullah Sələhşur Azərbaycana salam göndərib


Azərbaycanın efir məkanının diqqətini çəkmiş “Həzrəti Yusif” serialının yaradıcı qrupu Bakıya gəlməyi planlaşdırır. Bu barədə Modern.az saytına Azərbaycan dilinə dublyaj edən “CineSalam” şirkətinin direktoru Süleyman Fərzəliyev bildirib. Onun sözlərinə görə,  filmin ssenari müəllifi və rejissoru əslən cənubi azərbaycanlı olan Fərəcullah Sələhşur və Həzrəti Yusif rolunun ifaçısı Mustafa Zamani onunla söhbət zamanı Bakıya gəlmək arzusunda olduqlarını deyiblər.

“Bunun üçün yerli teleşirkətlərdən təklif olmalıdır. Biz bununla bağlı müraciət etmişik və hazırda bu istiqamətdə danışıqlar davam edir. Həftənin sonunda İran səfirliyi filmin Bakıda dublyajını həyata keçirən yaradıcı kollektivi qəbul edəcək və burada mətbuat üçün aşqlamalar veriləcək”-deyə S. Fərzəliyev bildirib.

Onun sözlərinə görə, “Həzrəti Yusif”in rejissoru Fərəcullah Sələhşur Azərbaycana salamlarını çadırmağı xahiş edib. Həm aktyor Mustafa Zamani, həm də rejissor Fərəcullah Sələşur Azərbaycanı çox sevdiklərini və tamaşaçılarla görüşməyə intizarında olduqlarını deyiblər.  

Azərbaycanlı rejissor Sələhşur "Əshabi Kəhf" serialı və digər filmlərin rejissoru olub. Hazırda isə Musa peyğəmbər haqda serial işləyir.

“Cənab Sələhşur məndən Azərbaycan tamaşaçısının onu dua etməsini istəyib. Mən onun istəyini sizə çatdırdım. Allah onu bütün arzularına çatdırsın”-deyə S.Fərzəliyev vurğulayıb.

Həzrəti Yusif rolunun ifaçısı Mustafa Zamani İran Astarasında doğulub. 29 yaşlı aktyorun karyerasında bu film mühüm iz qoyub.

Film dublyajı üçün bütün texniki imkanlarının olduğunu deyən şirkət direktoru bildirib ki, peşəkar səsləndirməyi qarşılarına məqsəd qoyublar.

“Həzrəti Yusif” serialı CineSalam şirkətində tərcümə və dublyaj olunub. Film yalnız "Space" TV-də yayımlanır.
“Dublyajı 7 ay ərzində işləmişik. Baxanlar deyir ki, həqiqətən gözəl səsləndirilib”-deyə S.Fərzəliyevin sözlərinə görə, “CineSalam” şirkəti hazırda yeni bir tarixi serialın dublyajı üzərində işləyir. O, bu serialın da tamaşaçılar təerəfindən çox seviləcəyini vurğulayıb.

X. SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!