Modern.az

BAXCP sədrinin namizədliyi qeydə alınıb

BAXCP sədrinin namizədliyi qeydə alınıb

28 Sentyabr 2010, 18:10

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə qərar sentyabrın 27-də 7 saylı Ordubad-Culfa Dairə Seçki Komissiyasının iclasında qəbul olunub.
Bu barədə Modern.az-a BAXCP-dən məlumat verilib.

Qeyd edək ki, BAXCP sədrinin deputatlığa namizədliyi "İslahat Bloku" siyasi partiyalar bloku tərəfindən irəli sürülüb.

"İslahat Bloku" Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Ədalət və Təkamül partiyalarının iştirakı ilə yaradılıb. Blok seçkilərə 106 namizədlə qatılıb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər