Modern.az

İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri bəlli oldu

İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri bəlli oldu

12 Oktyabr 2009, 18:55

Oktyabın 12-də 2009-cu il iqtisadiyyat üzrə Nobel mükafatı sahiblərinin adları məlum oldu. Dünyanın ən nüfuzlu mükafatına amerikalı alimlər - Elinor Ostrum və Oliver Uilliamson layiq görülüblər. Nobel Komitəsi qaliblərin adlarını bu gün Stokholmda elan edib.
Uilliamson korporativ münaqişələrin həlli, Ostrom isə ictimai mülkiyyətin korporativ idarə olunması sahəsində araşdırmalarına görə bu mükafatı alıblar.
Elinor Ostrum həm də Nobel mükafatının 40 illik tarixində iqtisadiyyat sahəsində bu mükafata layiq görülmüş ilk qadındır.
İqtisadiyyat üzrə Nobel mükafatı bu il təqdim olunan sonuncu mükafatdır. Ötən həftə səhiyyə, fizika, kimya, ədəbiyyat və sülh üzrə mükafat laureatlarının adları açıqlanıb. Bu il də mükafatı alanların böyük əksəriyyəti - 13-dən 11-i Amerika vətəndaşıdır, onların arasında Nobel sülh mükafatını almış prezident Barak Obama da var.
Nobel Mükafatının dəyəri 1.4 milyon dollardır.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir