Modern.az

Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi

Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyi

Parlament

29 Sentyabr 2010, 11:18

Milli Məclisin payız sessiyasının plenar iclası daxili nizamnaməyə uyğun olaraq sentyabrın 30-da başlayacaq. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib. O, qeyd edib ki, Milli Məclisin qanunvericilik işlər planına 12 məsələ daxildir. Milli Məclisin sentyabrın 30-da və oktyabrın 8-də keçiriləcək iclaslarında isə 34 sənəd müzakirə olunacaq.

A.Təvəkküloğlu bildirib ki, qanunvericilik işlər planına Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Ali Məhkəməsi, Baş prokuror, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və digər qanunvericilik təşəbbüsilə çıxış edən qurumların təqdim etdikləri qanun layihələri daxildir.

Milli Məclisin sentyabrın 30-da və oktyabrın 8-də keçiriləcək iclaslarında isə 34 sənəd müzakirə olunacaq.

“Bundan başqa, dövlət büdcəsinə daxil olan qanun layihələri, Tikinti Məcəlləsi, Şəhərsalma Məcəlləsi, Gömrük Məcəlləsi, “İnvestisiya Fondu haqqında” qanun layihəsi, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi, “Bələdiyyələrin hesabatı haqqında” qanun layihəsi, bəzi rayonların inzibati ərazi bölgüsünə qismən dəyişikliklər barədə, “Elm siyasəti haqqında” qanun layihəsi, “Ali təhsil haqqında” qanun layihəsi, “Bəzi qanunlara əlavə və dəyişikliklər haqqında” qanun layihəsi, İnsan Alverinə qarşı Komisiyanın illik hesabatı və s. məsələlər plenar iclasın gündəliyindədir”-deyə A.Təvəkküloğlu bildirib.

Modern.az   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi