Modern.az

AXCP-Müsavat blokunun vahid seçki qərargahı olmayacaq

AXCP-Müsavat blokunun vahid seçki qərargahı olmayacaq

Ölkə

29 Sentyabr 2010, 14:13

Parlament seçkilərində fəaliyyəti birgə tənzimləmk üçün AXCP-Müsavat bloku vahid seşki qərargahı yaratmayıb. Hər iki partiyanın seçki qərargahları fəaliyyətlərini əlaqəli şəkildə qururlar. Bu barədə Modern.az-a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, AXCP tərəfdən seçki qəragahına Rövşən Quliyev, Müsavatdan Gülağa Aslanlı rəhbərlik edir.
“Vahid seçki qərarghı formal səciyyə daşıyır. Hər iki partiya əlaqəli şəkildə işini qurub. Onların hər iksinə blokun fəaliyyəti ilə bağlı rəsmi aşıqlamalarla çıxış etməyə səlahiyyət verilib”-deyə AXCP rəsmisi bildirib.

Blokun seçki simvolları da hələ hazır deyil. F.Qəhrəmanlının sözlərinə görə, təbliğat dönəminə qədər simvolların müəyyənləşməsi işi başa çatacaq.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir