Modern.az

Əhəd Abıyev: “Partiya seçkilərdə mənə dəstək olacaq”

Əhəd Abıyev: “Partiya seçkilərdə mənə dəstək olacaq”

29 Sentyabr 2010, 14:44

Milli Məclisin deputatı Əhəd Abıyev namizədliyini 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürüb. Modern.az saytına açıqlamasında deputat bildirib ki, artıq imza vərəqələrini DSK-ya təqdim edib.
Millət vəkili 31 saylı dairəni seçməyinə aydınlıq gətirib. Deputatın sözlərinə görə, Bakıya ilk olaraq gələndə bu rayonda yaşayıb və buradan evlənib. Suraxanıda onun çoxlu qohumları yaşayır. Odur ki, bu dəfə Suraxanıdan namizəd olmaq fikrinə düşüb.  

Seçkilərə müstəqli olaraq qatıldığını deyən Ə.Abıyev Masallı seçki dairəsindən imtina etməsinə aydınlıq gətirməyib.
YAP-ın üzvü kimi həmişə sədaqətli olduğunu vurğulayan millət vəkili bildirib ki, namizəd olduğu dairədən hakim partiya  namizəd irəli sürməyib.
“YAP-ı qərarınızdan xəbərdar etmisinizmi” sualına deputatın cavabı birmənalı olub. Heç vaxt özbaşına hərəkət etmədiyini deyən Əhəd Abıyev  “seçkilərdə partiyadan mənə dəstək olacaq”-deyə vurğulayıb. 

“Mən namizədliyimi YAP tərəfindən deyil, müstəqil olaraq irəli sürmüşəm. Amma bilirəm ki, hakim partiyanın burada dəstəkləyəcəyi kimsə yoxdur. Seçki prosesində partiya mənə dəstək olacaq”.
Seçkilərdə rəqibləri barədə danışmaq istəməyən millət vəkili mübarizəyə hazır olduğunu deyib. Suraxanıda artıq deputatın seçki qərargahı da yaradılıb.

Qeyd edək ki, YAP-ın vahid namizədi Əhməd Vəliyev bu dairədən geri çəkilib. AXCP sədri Əli Kərimli, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bu dairədə mübarizə aparacaqlar.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir