Modern.az

Naxçıvanda deputat olmaq istəyənlərin sayı niyə azdır?

Naxçıvanda deputat olmaq istəyənlərin sayı niyə azdır?

Ölkə

30 Sentyabr 2010, 11:49

Azərbaycanda seçki marafonuna sentyabrın 7-dən rəsmən start verilib.  24-cü gündür ki,  dairə seçki komissiyalarında deputatlığa namizədliklərini irəli sürənlərin sənədləri qəbul edilir, imza vərəqələri verilir və qəbul olunur, deputatlığa namizədlər təsdiqlənir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, dünənədək Milli Məclisə keçiriləcək seçkilər üzrə 125 dairədə 1276 nəfər deputatlığa namizədliyini irəli sürüb. Dairə seçki komissiyalarından 1213 nəfər imza vərəqələri götürüb. 327 nəfər imza vərəqələrini və digər zəruri sənədləri DSK-lara təhvil verib. Dünənə olan məlumata görə, 88 seçki dairəsi üzrə 149 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Müşahidələr göstərir ki,  Naxçıvan MR-də yerləşən seçki dairələri üzrə seçki marafonunda passivlik var. Yəni Azərbaycanın digər bölgələri ilə müqayisədə Naxçıvandakı seçki dairələrindən deputatlığa namizədliklərini irəli sürənlərin sayı daha azdır.

Məsələn, 1 saylı Şərur - Sədərək seçki dairəsi üzrə cəmi 3 nəfər imza vərəqəsi alıb.
2 sayli Şərur seçki dairəsi üzrə isə imza vərəqəsi alanlarin sayı 4 nəfərdir.
3 saylı Babək - Kəngərli - Naxçivan seçki dairəsində imza vərəqəsi alanlar 6 nəfər, 4 saylı Naxçivan şəhər seçki dairəsindən deputatlığa namizədliyini irəli sürənlər isə 4 nəfərdir.
İndiyədək 5 saylı Şahbuz-Babək seçki dairəsindən 4 nəfər, 6 saylı Culfa-Babək seçki dairəsindən 4 nəfər, 7 saylı Ordubad-Culfa seçki dairəsindən isə 3 nəfər imza vərəqəsi alıb.

Naxçıvanla müqayisədə Azərbaycanın digər bölgələrində, o cümlədən də Bakıda deputatlığa namizədliyini irəli sürənlərin sayı hər bir dairə üzrə minimum 10 nəfər təşkil edir. Məsələn,  9 saylı Binəqədi ikinci seçki dairəsindən 16 nəfər imza vərəqəsi götürüb.
18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə imza vərəqəsi alanlarin sayı 20 nəfərdir.
122 saylı Xankəndi seçki dairəsindən 16 nəfər, 34 saylı Xətai ikinci seçki dairəsindən də bu qədər 16 nəfər imza vərəqəsi alıb.

Qeyd edək ki, deputatlığa namizədliyin irəli sürülmə prosesi oktyabrın 7-dək davam edəcək. Bu müddətdə yəqin belə davam edəcəyi təqdirdə Naxçıvandakı hər bir seçki dairələrindən deputatlığa namizədliyini irəli sürənlərin sayı 10 nəfəri ötməyəcək. Azərbaycanın başqa bğlgələri üzrə isə hər bir dairə üzrə imza vərəqələri alanların sayı yəqin 30-40 nəfərə çatacaq.

Bəzi ekspertlərin fikrincə, Naxçıvanla bağlı vəziyyət belə izah oluna bilər ki, orada seçki təbliğatının zəif qurulması, seçki institutların, vətəndaş çəmiyyəti qurumlarının zəif işləməsi, cəmiyyətin uzunmüddətli təzyiq altında yaşaması, yerli hakimiyyətin qorxusu və təzyiqlər deputatlığa namizədliklərini irəli sürənlərin sayında özünü göztərir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü