Modern.az

Milli Məclis işinə Faiq Ağayevin bıçaqlanması məsələsilə başladı

Milli Məclis işinə Faiq Ağayevin bıçaqlanması məsələsilə başladı

30 Sentyabr 2010, 12:16

Bu gün üçüncü çağırış Milli Məclisin sonuncu- payız sessiyası işinə başlayıb. Azərbaycanın dövlət himni səslənidkdən sonra parlamentin sədri Oktay Əsədov iclası açıb.

Modern.az-ın Milli Məclisdən verdyiyi məlumata görə, O.Əsədov üçüncü çaqırış Milli Məclisin beş illik fəaliyyəti dövründə 1058 qanun layihəsi qəbul etdiyini bildirib. Bundan başqa, parlamentin xətti ilə Milli Məclisin ayrı-ayrı komissiyaları 70 xarici səfər təşkil edib. Eyni zamanda dünyanın müxtəlif yerlərindən 600 –dən artıq nümayəndə heyəti Milli Məclisə qonaq qəbul edilib.

İlk çıxış edən millət vəkili Pənah Hüseyn Müsavatın MSK-ya nümayəndə göndərməsi ilə bağlı məsələnin müzakirəsini təklif edib. Eyni zamanda xalq artisiti, müğənni Faiq Ağayevi bıçaqlayan şəxsin ailə üzvlərinin ona müraciət etdiyini bildirərək məhkəmənin məsələyə obyektiv baxmasını xahiş edib.
P.Hüseyn Milli Məclisdən bu məsələni diqqətdə saxlamağa çağırıb. “Həbs edilən şəxsin valideynləri mənə deyiblər ki, Faiqi vuran şəxs ruhi xəstədəir. Onlar məsələyə obyektiv baxmaqa çağırıb". 
 Oktay Əsədov Müsavatın məsələsinə baxılacağını deyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir