Modern.az

Fazil Mustafa Müsavat Partiyasını iqtidarla gizli danışıqlarda ittiham etdi

Fazil Mustafa Müsavat Partiyasını iqtidarla gizli danışıqlarda ittiham etdi

30 Sentyabr 2010, 12:37

Milli Məclisin bu gün başlayan payız sessiyasının ilk iclasımnda deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Müsavat Partiyasını iqtidarla gizli danışıqlara getməkdə suçlayıb.
Modern.az-ın məlumatına görə, F.Mustafa bildirib ki, indiyədək MSK-ya nümayəndə göndərməkdən imtina edən Müsavat Partiyasının birdən-birə əks addım atması onun hakimiyyətlə “dil tapması”ndan xəbər verir.

Milli Məclisin sədi Oqtay Əsədov isə deputatın ittihamlarını rədd edərək iqtidarın hər hansı müxalifət partiyası ilə gizli danışıqlar aparmadığını vurğulayıb.

Xatırladaq ki, dünən Müsavat Partiyası Divanının növbədənkənar iclası keçirilib. İclasda seçki komissiyalarında Müsavat Partiyası üçün ayrılmış yerlərə nümayəndələr təyin etmək barədə qərar qəbul olunub.
Mərkəzi Seçki Komissiyasındakı iki yerə nümayəndələr müəyyənləşdirilib. Bunlar Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı və əvvəllər MSK-ya üzv olmuş bitərəf Ənvər Əliyevdir.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi