Modern.az

Əli Əhmədov namizədliyi irəli sürülməyən YAP-çı deputatların könlünü aldı

Əli Əhmədov namizədliyi irəli sürülməyən YAP-çı deputatların könlünü aldı

Parlament

30 Sentyabr 2010, 12:57

Modern.az-ın məlumatına görə, sentyabrın 30-da Milli Məclisdəki çıxışı zamanı YAP-ın icra katibi deputat Əli Əhmədov builki parlament seçkilərində hakim partiya tərəfindən namizədliyi irəli sürülməyən YAP-çı millət vəkillərinin könlünü almağa çalışıb.

Ə.Əhmədov deyib ki, 2010-cu il 7 noyabr seçkilərində namizədliyi hakim partiya tərəfindən irəli sürülməyən YAP-çı deputatlarla bundan sonra da çiyin-çiyinə addımlayacaq, həmişə bir yerdə olacaqlar.
”Onların yenidən namizədliklərinin irəli sürülməməsi o demək deyil ki, biz bir yerdə olmayacağıq. Əksinə həmişə birgə addımlayacağıq”.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!