Modern.az

“...Bu ittihama hətta sobadakı qrilin də gülməyi gələr”

“...Bu ittihama hətta sobadakı qrilin də gülməyi gələr”

Ölkə

30 Sentyabr 2010, 13:02


Modern.az
-ın məlumatına görə, Milli Məclisin deputatı Pənah Hüseyn Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Musatfa ilə bu günkü iclasda “söz duelinə” çıxıb. F. Mustafanın Müsavat Partiyasını hakimiyyətlə iş birliyinən getməsi fikrindən qəzəblənən P.Hüseyn bunu qeyri-ciddi söhbət adlandırıb.
Bundan sonra F.Mustafanı “ələkçinin qıl verəni” adlandıran millət vəkili bildirib ki, YAP rəsmiləri olan Əli Əhmədov və Siyavuş Mustafayevin mövqeyini  başa düşmək asandır. Amma F. Mustafanın ittihamları isə gülüncdür. “O qədər gülüncdür ki, nəinki bişmiş toyuğun, hətta sobada qızaran qrilin də gülməyi gəlir”-deyə deputat ironiya ilə vurğulayıb.
P. Hüseyn qeyd edib ki, kimin hakimiyyətin dəstəyi ilə seçiləcəyi aydındır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür